Erməni deputatlar Azərbaycana gəlir

Erməni deputatlar Azərbaycana gəlir

Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, erməni deputatlar "Avronest" Parlament Assambleyasının (PA) aprelin 1-4-də Bakıda keçiriləcək 2-ci plenar iclasında iştirak edəcəklər. Bunu Ermənistan Respublika Partiyasının deputatı Artak Zakaryan bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verib.

Qeyd edək ki, "Avronest" PA Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin – Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan təmsilçilərini birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə