Polislərimiz qaçqın və məcburi köçkünlərlə 63 min manat yardım göstərib

Polislərimiz qaçqın və məcburi köçkünlərlə 63 min manat yardım göstərib

Bu gün daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əsgər Ələkbərov DİN-in rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından görüş iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını və səmimi duyğularını çatdırıb.

Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladığı 63 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə paylanılıb. Bundan əlavə, sözügedən vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə