“Ənənəvi və yeni media: oxşar və fərqliliklər” adlı 3 günlük konfrans yekunlaşdı
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə "Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı" çərçivəsində "Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri" mövzusunda 3 günlük dəyirmi masanı yekunlaşdırıb.
ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Hilton" otelində keçirilən 3 günlük tədbirdə yeni media ətrafında müzakirələr aparılıb. Bu gün "Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri" mövzusunda müstəqil jurnalist, blogger Şahin Rzayev danışıb.
Politoloq Zərdüşt Əlizadə isə "Münaqişələrin tənzimlənməsində yeni medianın rolu", "İnformasiya təhlükəsizliyi konteksində sosial şəbəkənin rolu: risk və münaqişə" mövzusunda isə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təmsilçisi Nazim Mahmudov danışıb.
Dəyirmi masa 3 günlük müzakirələrdə bloggerlik, sosial şəbəkələr və ənənəvi media məsələləri müzakirə edilib.
3 günlük dəyirmi masanın moderatoru jurnalist İlhamiyə Rzayeva olub. Tədbirdə ekspert qismində www. kitabxana.net veb-layihəsinin rəhbəri Aydın Əbilov, müstəqil Jurnalist Seymur Kazımov, "Həyəcan" ekoloji cəmiyyətinin sədri Əliheydər Məmmədov və Mobile Media Birliyinin Meneceri Vüqar Səfərovun maraqlı fikirləri olub.
ARGTMŞ-ın Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə təşkil etdiyi dəyirmi masa yeni media problemləri haqqında ətraflı müzakirələr aparılıb və bir sıra yeni təkliflər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB