Akademik Bəkir Nəbiyev vəfat edib

Akademik Bəkir Nəbiyev vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev vəfat edib. SİA-nın xəbərinə görə, 82 yaşlı akademik ötən gecə ürək tutmasından dünyasını dəyişib. Vida mərasiminin sabah keçiriləcəyini tanınmış ədəbiyyatşünas B.Nəbiyevin II Fəxri Xiyabanda dəfn ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb.

"Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktoru olub. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olub (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir. Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olub (1987-2001).

1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə