Bundan sonra icazəsiz etiraz aksiyalarında iştirak etmək istəyən hər bir Cenevrə sakini şəhər hakimiyyətinə 100 min İsveçrə frankı (110 min ABŞ dolları) məbləğində cərimə ödəməli olacaq. SİA xəbər verir ki, bu barədə qanun İsveçrənin ikinci ən böyük şəhəri olan Cenevrədə keçirilmiş referendumun yekunlarına əsasən qəbul edilib.
Şəhər sakinlərinin görünməmiş fəallığı ilə keçmiş referendumda cenevrəlilərin 90 faizi iştirak edib. Şəhər sakinlərinin 55 faizi icazəsiz mitinqlərə görə cərimə tətbiq edilməsini nəzərdə tutan qanun qəbul olunmasının lehinə səs verib.
Xarici KİV-lər yazır: "İndi şəhərin hakim dairələri müvafiq icazə olmadığı halda nümayişdə iştirak edən və ya aksiyanın keçirilməsinə verilmiş icazə qaydalarını pozan hər kəsə 100 min İsveçrə frankı məbləğində cərimə təyin edə biləcəklər. Yeni məhdudiyyətlər tətbiq edilməsi insanlar və onların əmlakı üçün risk yarandıqda küçə yürüşlərinin marşrutlarını dəyişməyə, o cümlədən şəhərin mərkəzində nümayişlər keçirilməsini qadağan etməyə imkan verəcəkdir. Bundan əlavə, qaydaları pozanların beş ilə qədər müddətdə aksiyalarda iştirak etmələri qadağan oluna bilər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB