Əli Həsənov: \"Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur” - AÇIQLAMA
"Azərbaycan ümid edir ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərini bir az da artıracaq və onları daha səmərəli edəcək". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Mənim fikirimcə Rusiya bu işə əl qoymasa, münaqişənin həlli istiqamətində səylərini artırmasa, nə ATƏT, nə Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcək. Çünki Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur", - deyə PA rəsmisi bildirib.
Ə.Həsənov qeyd edib ki, Rusiya faktiki olaraq siyasi, iqtisadi, sosial, hərbi və digər məsələlərdə Ermənistan üzərində mühüm təsir qüvvəsinə malikdir: "Rusiya Ermənistana təsirli təzyiq göstərməklə bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər. Biz Ermənistandan çox şey istəmirik. Sadəcə, danışıqlarda konstruktiv mövqeyə yaxınlaşsın. Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasını, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlıların vətəndaş, milli, etnik hüquqlarının bərpası üçün Azərbaycana şərait yaratmasını istəyirik.
Könül Kaqmilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB