Türkiyə prezidenti Abdullah Gül aprel ayında Hollandiyaya səfər edəcək. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, o həyat yoldaşı Xeyirinisə Gül ilə birlikdə Kraliça Beatrixin dəvəti ilə aprelin 17-19-da Hollandiya dövlət tədbirinə qatılacaq.
Məlumata görə, Abdullah Gülün Türkiyə ilə Hollandiya arasındakı diplomatik əlaqələrin qurulmasının 400 ili tamam olması ərəfəsində bu ölkəyə səfəri xüsusi bir mahiyyət və əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB