"Rusiya Suriyaya silah satmaqla odun üstünə bir az da yağ tökür". Rusiya mətbuatına istinadən verilən məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland deyib.
"Sizin də bildiyiniz kimi, ABŞ heç vaxt Suriyaya silah satmayıb. ABŞ Rusiyanı da belə satışları qiymətləndirməyə çağırıb. Xüsusilə indiki böhran və Homsda hücumlar başlayandan sonra. Biz onlara oynadıqları rolun təhlükəliliyi barədə məlumat veririk", - deyə V.Nuland qeyd edib.
Rusiya tərəfinin Suriya ilə bağlı son bəyanatını şərh edən Nuland Vaşinqtonda bunun diqqətlə izlənildiyini və alqışlandığını deyib. Onun sözlərinə görə, son 24 saat ərzində humanitar vəziyyətlə bağlı Xarici İşlər Nazirliyindən bir neçə yaxşı bəyanatın şahidi olublar. O, həmçinin Moskvanın Suriyada humanitar böhranın aradan qaldırılmasına kömək üçün əlindən gələni edəcəyinə ümid bəslədiyini də bildirib: "Suriyada humanitar böhran çox ciddidir. Biz ümid edirik ki, Rusiya buna son qoymaq üçün əlindən gələn hər şeyi edəcək".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, qüvvədə olan müqavilələrə əsasən Rusiya, ərazisinə müdaxilə olacağı təqdirdə Suriyaya hərbi yardım etməyə məcbur deyil.
Rusiyanın baş naziri Vladimir Putin isə çıxışında xarici kütləvi informasiya vasitələrini Suriyadakı hadisələri qeyri-obyektiv işıqlandırmaqda ittiham etmiş, Qərb ölkələrinin isə regiondakı problemə yanaşmasının məsələni dərinləşdirəcəyini demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB