Levon Ter Petrosyan: “Bunların hamısı Nikola Sarkozinin bir oyunudur”
Fransanın Konstitusiya Şurası qondarma \"erməni soyqırımı\"nın inkarına görə cəza qanununu ləğv etməsi erməniləri yaman məyus edib. SİA-nın xəbərinə görə, baş verən bu hadisələr ermənilərin Fransa prezidenti Nikola Sarkozi haqqındakı fikirlərinin dəyişməsinə də səbəb olub.
Məsələni sərt şəkildə tənqid edən ermənilər bunları "Nikola Sarkozinin oyunu" kimi qiymətləndirib. Ermənilərin eks-prezidenti Levon Ter Petrosyan Nikola Sarkozinin fikrinin bu cür siyasi manevrlərlə seçkidə Fransada yaşayan ermənilərin səsini almaq olduğunu bildirib.
Levon Ter Petrosyan vurğulayıb ki, erməni soyqırımı bu dəfə də siyasi mənfəət üçün istifadə olunub: "Fransa Senatı soyqırımı layihəsindən əvvəl, bunun Ermənistanın iqtisadi irəliləyişi və beynəlxalq güvənliyi baxımından türk-erməni əlaqələri üzərindəki rolunu düşünməli idi".
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB