GoldenPay şirkəti VİSA beynəlxalq ödəniş sisteminin dəstəyi ilə əhalini kommunal ödənişlərini müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir. SİA-nın xəbərinə görə, artıq Azərbaycan Respublikasının əhalisi kommunal ödənişləri bank kartları ilə internetdən hesab.az portalı vasitəsilə ödəyə biləyəcəklər. Onlayn ödəmə portalı bütün növ kommunal ödənişləri, o cümlədən telefon və mobil rabitə, internet və kabel televiziyasını ödəməyə imkan yaradacaq. Bu fikirlər bugün Visa və GoldenPay şirkətinin birgə keçirdiyi tədbirində səsləndirilib. GoldenPay şirkətinin baş direktoru Fərid İsamyılzadə, şirkət haqqında ətraflı məlumat verərək bildirib ki, bu gün şirkətin xidmətlərindən 100-dən çox təşkilat istifadə edir ki, onların da 20-dən çoxu kütləvi ödəniş xidməti göstərən şirkətlərdir. Visa-nın MDB üzrə regional meneceri Aleksandr Kalita isə çıxış edərək, bugün hesab.az internet resursuna Azərbaycanın əhaliyə kütləvi ödəmə xidmətləri göstərən 20-dən çox böyük şirkət və 10000-dən artıq aktiv istifadəçinin qoşulduğunu deyib. Qeyd olunub ki, 50 ildən çox müddət ərzində VİSA şirkəti dünyada nəğdsiz ödəniş sistemi sahəsi üzrə liderlərdən biridir. "Bizim məqsədimiz istehlakçılara istənilən yerdə istənilən vaxtda həmçinin internetdə ən rahat ödəniş vasitəsi təqdim etməkdir. Dünyada 2,2 milyard internetə qoşulma qeydiyyata alınıb və bizim üçün vacibdir ki, Visa kart sahibləri təkcə real dünyanın imkanları ilə məhdudlaşmasınlar.
Qeyd edək ki, GoldenPay aktiv mobil telefon istifadəçiləri üçün hesab.az portalının xüsusi m.hesab.az versiyasını da hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB