Respublika prokurorlugu: \"Ermənilərin Xocalıda törətdiyi qətliamda girov götürülən  26 uşağın taleyi bu günədək məlum deyil\"

Respublika prokurorlugu: \"Ermənilərin Xocalıda törətdiyi qətliamda girov götürülən 26 uşağın taleyi bu günədək məlum deyil\"
İstintaq ermənilərin Xocalıda törətdiyi qətliamla bağlı 3000 nəfərə qədər şəxsi şahid və zərərçəkmiş şəxs qismində dindirib, 2000 nəfərə yaxın şəxsi isə zərərçəkmiş şəxs qismində tanıyıb. SIA-nın məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Poladov bu gün keçirilən brifinqdə məlumat verib.

Ermənilərin Xocalıda törətdiyi qətliamda girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmiş və müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.


Ceyhun

Bütün xəbərlər Facebook səhifəmizdə