Rasim Musabəyov: “Nikolay Bordyuja sözünün çəkisi olmayan bir adamdır\"
\"Nikolay Bordyuja özündən böyük danışır\". SİA-nın xəbərinə görə, bunu politoloq, millət vəkili Rasim Musabəyov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistanda "Dağlıq Qarabağ münaqişəsi başlasa, Ermənistan lazım olan bütün dəstəyi alacaq" bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, N. Borfyuja təşkilatın baş katibi olaraq bu cür bəyanatlar verməyə səlahiyyəti çatmır və təşkilatın hansı hallarda hərbi yardım etməsi barədə qərar onun səlahiyyətində deyil: "Bu barədə qərar təşkilata üzv oaln dövlət başçıları tərəfindən qəbul olunur".
Millət vəkili həmçinin Nikolay Bordyujanı Rusiyada nüfuz sahib olmayan bir şəxs kimi dəyərləndirib: "Nikolay Bordyuja özü xırda bir məmurdur. Hətta onun adı Rusiyada nüfuzlu şəxslərin dərc olunduğu jurnalda belə qeyd olunmur. O, Rusiya siyasətində xırda, sözünün çəkisi olmayan bir adamdır. O, yəqin təşkilatın nizamnaməsindən xəbərsizdir. Çünki, orada birmənalı olaraq göstərilib ki, KTMT üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür, Dağlıq Qarabağ isə Ermənistanın ərazisi deyil. Bu torpaqlar ermənilər tərəfindən işğal olunub və Azərbaycanın tarixi torpaqlarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB