Qənirə Paşayeva: \"Cəzasız qalan bir cinayət mütləq yeni bir cinayətin əsasını qoyur\" - AÇIQLAMA
\"Milliyyətindən asılı olmayaq hər bir insan Xocalı Soyqırımını kəskin pisləməli, buna öz etirazını bildirməli və bunu törədənlərin öz layiqli cəzalarını alması üçün əlindən gələni etməlidir\". SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Qənirə Paşayeva Rusiyanın RİA NOVOSTİ kanalına Xocalı Soyqırımı ilə bağlı müsahibəsində bildirib.
Millət vəkili bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı eyni zamanda insanlıq əlehinə törədilmiş ən böyük cinayətdir. \"Cəzasız qalan bir cinayət isə mütləq yeni bir cinayətin əsasını qoyur. Ona görə, millətindən asılı olmayaq hamıdan Xocalı Soyqırımına öz kəskin etirazlarını bildirmələrini gözləyirik\", - Qənirə Paşayeva belə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB