ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz üzrə şəxsi nümayəndə təyin edib

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz üzrə şəxsi nümayəndə təyin edib

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Qilmor Cənubi Qafqaz üzrə şəxsi nümayəndə təyin edib. SİA-nın xəbərinə görə, bunu Eymon Qilmor "BBC"-yə açıqlamasında deyib: "Dağlıq Qarabağdan bəhs edərkən, Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə yanaşı, sülh prosesini şəxsi diqqətdə saxlayacağıq. Bu məsələdə mənə müntəzəm olaraq yardım və məsləhət verməsi üçün səfir Patrık Mörfini xüsusi nümayəndə olaraq seçmişəm. O, beynəlxalq nümayəndələrlə əməkdaşlıq etməklə yanaşı, həm Azərbaycan, həm də Ermənistan ilə yaxından təmasdadır".

Eymon Qilmor ümidvar olduğunu bildirib ki, yeni xüsusi nümayəndənin fəaliyyəti və digər beynəlxalq vasitəçilik səyləri Azərbaycan və Ermənistanı münaqişənin uzunmüddətli həllinin tapılması işində həvəsləndirəcək.

İrland əsilli nüfuzlu diplomat Patrik Mörfi Sovetlər dövründə ölkəsini SSRİ-də, sonralar isə Almaniya və Asiyada təmsil edib. 2005-ci ildən o, diplomatik sistemdən kənarlaşmışdı. Bu günlərdə isə ATƏT sədri Patrik Mörfinin namizədliyini Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsi vəzifəsinə irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə