Son günlər şimal bölgəsinə düşən qar və şaxta bir sıra problemlər yaradıb. Quba-Xınalıq yolu artıq iki gündür ki, qar uçqunu baş verməsi səbəbindən bağlıdır. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, şaxtalı hava şəraiti və temperaturun olduqca aşağı düşməsi Quba-Xınalıq yolunu yenidən keçilməz edib.
Məlumat üçün bildirək ki, nəqliyyat nazirliyinin Qubadaki 6 saylı yol istismar idarəsinin işçiləri yolun açılması istiqamətində işə başlayıb. İdarənin sahə rəisi Bilal Soltanov bildirib ki, yolun bağlı hissəsində 7 yaşayış məntəqəsi qalıb və əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib.
Sahə rəisi həmçinin bildirib ki, bu gün üç ağır texnika yolun açılmasına cəlb olunub.
Qeyd edək ki, bu gecə Xınalıq ərazisində 16 dərəcə şaxta müşahidə olunub. Ərazidə qarın hündürlüyü isə müşahidələrimizə görə 35-40 sm təşkil edir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB