Həmməruzəçilər mətbuat konfransı keçiriblər

Həmməruzəçilər mətbuat konfransı keçiriblər
Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Cozef Debono Qrex səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, həmməruzəçilər Bakıda keçirdikləri görüşlər barədə məlumat veriblər. Həmməruzəçilər bildiriblər ki, onlar Bakıda siyasi partiyalar, QHT-lər haqqında qanuna əlavələr və dəyişiklər barədə müzakirələr aparıblar, "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi ilə tanış olublar və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.Pedro Aqramunt qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını bildirib və deyib ki, hazırda da münaqişə nəticəsində həlak olduqları üçün münaqişəni "dondurulmuş" hesab etmək olmaz.P. Aqramunt bildirib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində ölkədə siyasi plüralizm, ümumi siyasi atmosferin yaxşılaşdırılması, 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçirilməsinə şərait yaradacaq.Bakıda evlərin sökülməsi ilə bağlı sual da AŞ PA həmməruzəçisinə ünvanlanıb. O isə bu işdə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb və "evləri sökülən insanlara layiqli konpensasiya ödənilməsinə ehtiyac var" deyib.Həmməruzəçilər deyib ki, səfərin nəticələri mart ayında Parisdə keçiriləcək monitorinq qrupunun iclasında təqdim olunacaq. Azərbaycan üzrə ümumi məruzə isə 2012-ci ilin sonunda hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə