Baş Prokurorluqda yeni təyinatlar olub

Baş Prokurorluqda yeni təyinatlar olub
Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Orxan İsayev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Valeh Səmədov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokuroru Günay İsmayılova tutduqları vəzifədən azad olunaraq Baş prokurorun köməkçisi vəzifələrinə təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə