Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 31-də saat 18.10-dan 18.20-dək, 19.25-dən 19.40-dək və 23.35-dən 23.50-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, fevralın 1-də saat 02.15-dən 02.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.50-dən 04.10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB