Məhərrəm Səfərli: \"İstanbul -Bakı təyyarəsi axşam saatlarında Bakıya enəcək\"
İstanbulda güclü qar yağması səbəbindən 184 reys təxirə salınıb, bunlardan 34-ü beynəlxalqdır\". "Azərbaycan Hava Yolları" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin SİA-ya verdi məlumata görə, bu saatlara kimi ölkənin hava nəqliyyatında ciddi fəsadlar müşahidə olunmur: "Bakı Beynəlxalq Hava Limanı əvvəlki qayda ilə reysləri qəbul edərək yola salır. Bir neçə gün əvvəl İstanbul-Bakı aviareysində bir sıra gecikmələr baş verdi. Buna səbəb isə qeyri sabit hava şəraiti idi. Lakin hazırda hava limanı saat 17-30 radələrində gələcək İstanbul-Bakı təyyarəsini qəbul etməyə hazırlaşır. Türkiyə hava yolları ilə əlaqə saxlamışıq və bizə bildiriblər ki, artıq təyyarə problemsiz yola salınıb".
Xatırladaq ki,bir neçə gün əvvəl Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq İstanbul-Bakı marşrutu üzrə aviareyslər Bakıya gecikmə ilə gəlib. TK 336 (Bakıya gəlişi yerli vaxtla 01:35-də), J2 078 (Bakıya gəlişi yerli vaxtla 03:30-da) və TK 338 (Bakıya gəlişi yerli vaxtla 04:10-da) nömrəli aviareyslər müvafiq olaraq 3, 1.5 və 2 saatdan çox gecikmə ilə Bakıda eniblər. Öncə, Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq, \"Turkish Airlines\" aviaşirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul axşam reysləri ləğv edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB