Aydın Xan Əbilov: “Fransanın Azərbaycanda və dünyada mövcud olan iqtisadi sazişlərinə yenidən baxılmalıdır”

Aydın Xan Əbilov: “Fransanın Azərbaycanda və dünyada mövcud olan iqtisadi sazişlərinə yenidən baxılmalıdır”

Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunmasını biz gözləyirdik. Bunu SİA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Azad Gənc Yazarlar Qurumunun rəhbəri Aydın Xan Əbilov bildirib.

O bildirib: \"Çünki Fransa artıq Avropa birliyinin üç əsas ölkəsindən biridir. Fransa bu hadisəni gündəmə gətirməklə Türk, Şərq dünyasına ağır zərbə vurmuş oldu. İsrail-Türkiyə münasibətlərinin kəskinləşməsində, dünyada baş verən hadisələrdə, Suriya-İran məsələləri, o cümlədən də Ermənistanla bağlı məsələlərdə Fransanın Türkiyə ilə bağlı böyük problemləri var. Bu da danılmaz faktdır ki, Fransa Türkiyənin Avropa Birliyinə daxil olmasına qadağa qoyub".

Qurum rəhbəri bundan sonraki atılacaq addımları belə xarakterizə edib: "Avropada yaşan türk, müəsəlman vətəndaşlarından ibarət diaspora təşkilatımız öz sözlərini lazımi səviyyədə deməlidirlər. İkinci məsələ, Azərbaycanda keçiriləcək beynəlxaq "Avroviziya" yarışmasında azərbaycanlı və türk vətəndaşlarımız müxtəlif formalarda Fransaya qarşı kreativ bir formada öz etirazını bildirməlidir. Üçüncü, Fransanın Azərbaycanda və dünyada mövcud olan iqtisadi sazişlərinə yenidən baxılmalıdır. Bununla belə Fransa ilə Türkiyə, Azərbaycanla Fransa arasında diplomatik məsələlərə yenidən diqqət yetirilməlidir. Əsasən bu məsələlərin daha çox birtərəfli qaydada dondurulması qabardılmaıldır", -deyə A.Əbilov deyib


Bütün xəbərlər Facebook səhifəmizdə