Elnur Aslanov: \"Ümid edirik ki, Fransanın Konstitusiya Məhkəməsi bu qanunu təsdiq etməsin\" - MÜNASİBƏT
Onun sözlərinə görə, hazırda Azərbaycan höküməti Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırır: "Əgər Fransa Senatı həqiqət axtarırsa, o zaman yüz il öncə olduğu söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə baş vermiş Xocalı soyqırımını gündəmə gətirsin və müzakirə edib hüquqi qiymət versin. Fransa Senatının bu qanuna dəstək verən bəzi üzvlərinin qeyri-konstruktiv mövqeyini Azərbaycan höküməti qəti şəkildə pisləyir".
Elnur Aslanov bu qanunun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etdiyini bildirərək söz, fikir, tədqiqat azadlığını zərbə altında qoyduğunu deyib: "Düşünürəm ki, Fransa prezidenti bu qanunu imzaladıqdan sonra sözü gedən məsələyə Fransa Konstitusiya Məhkəməsində baxılacaq. Ehtimal edirik ki, məhkəmə bu qanunu təsdiq etməsin. Çünki bu qanunun bir sıra maddələri bu ölkənin konstitutsiyası ilə ziddiyət təşkil edir.
Fransa prezidentinin sözügedən qanunu imzalayacağı təqdirdə Azərbaycanın atacağı addımlar sırasında Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması, "Total" şirkətinin Azərbaycanla imzaladığı müqavilələrə xitam verilməsi və bu ölkə ilə bütün iqtisadi əlaqələrin dondurulması məsələsinə gəlincə, Elnur Aslanov bildirdi ki, hazırda bu məsələlər müzakirə obyekti deyil. Xarici İşlər Nazirliyi yaxın günlərdə əlavə məsləhətləşmələr aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB