Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları olub - FOTO

Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları olub - FOTO

Yanvarın 24-də Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general mayor Ramiz Nəcəfov iki ölkə arasındakı hərbi əlaqələrin mövcud durumundan danışıb.

Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət, beynəlxalq hərbi missiyalar, Avro-Atlantik təhlükəsizlik, Azərbaycan-NATO əlaqələri və əməkdaşlığın perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə