Rauf Zeyni: “Bu layihənin qəbul olunmasında əsas məsələ ədalətsizlikdən daha çox Fransanın siyasi maraqlarıdır”
Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunması həm Fransanın tarixində, həm insan hüquqları və demokratiyanın tarixində ən şərəfsiz səhifələrdən biridir. Bunu SİA-ya açıqlamasında Milli Qeyri Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni deyib: "Bütövlükdə bu dünya demokratiyasına və insan hüquqlarına vurulan ağır bir zərbədir. Bu tərk Türk dünyasına qarşı deyil, Fransa və onun xalqına bir hörmətsizlikdir".
QHT rəhbərinin fikrincə, bununla əlaqədar olaraq həm dövlət, həm də QHT səviyyəsində lazımi tədbirlər görülməlidir: "ATƏT-in Minsk qrupunda fransalı həmsədrin Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlara vasitəçiliyi isə hazırkı vəziyyətdən sonra real deyil. Burada əsas məsələ ədalətsizlikdən daha çox Fransanın siyasi maraqlarından gedir. Bununla bir daha Fransa prezidenti Nikolya Sarkozi sübut etdi ki, bu uydurma "erməni soyqırımı"nın müəllifi kimdir və bu hansı ölkəyə təzyiq göstərmək üçün lazımdır",-deyə Rauf Zeyni sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB