Senatın qəbul etdiyi qanunun müəllifi gözyaşlarına hakim ola bilmədi

Senatın qəbul etdiyi qanunun müəllifi gözyaşlarına hakim ola bilmədi

Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunması ilə qanun təklifini hazırlayan iqtidardakı Xalq Hərakatı Birlik (XHB) partiyasının millət vəkili Valeria Boyer təklifin Senatda qəbulundan sonra gözyaşlarına hakim ola bilməyib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu "Bu çox səhv bir qərardır. Buna cavabdeh biz deyilik. Biz əlimizdən gələni etdik"-deyə bildirib.

Valeria Boyer isə Senatdakı səs vermədən sonra mətbuat konfransındakı çıxışında belə bir qanun təklifini hazırlayanlardan biri olduğu üçün özü ilə fəxr etdiyini sözlərinə əlavə edib. O, həmin günün özü üçün çox romantik və mənalı bir gün olduğunu və qanun təklifinin qəbul edilməsindən böyük məmnuniyyət hissi duyduğunu dilə gətirib.


Bütün xəbərlər Facebook səhifəmizdə