Tomas de Vaal: “Bu il həmsədrlər münaqişəni həll etməyə deyil, idarə etməyə ümid edəcəklər”
Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində praktiki olaraq irəliləyişin əldə olunması üçün heç bir şans yoxdur. SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Karneqi Fondunun eksperti, "Qara bağ: Azərbaycan və Ermənistan-sülh ilə müharibə arasında" kitabının müəllifi Tomas de Vaal deyib.
Ekspert hesab edir ki, cari il ərzində bir neçə hadisənin ildönümünün olması Dağlıq Qarabağ ətrafında sülh prosesi və münaqişə tərəfləri arasında sülhün əldə edilməsinə olan şübhələri artırır: "Məsələn, Xocalıda dinc əhalinin qətlə yetirilməsinin 20-ci ildönümü, eləcə də 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasından 20 il ötür. Bundan başqa, Minsk Qrupunun həmsədr olan ölkələrinin hər üçündə prezident seçkisi keçiriləcək və siyasi elitanın diqqəti bu prosesin mərkəsizndə olmayacaq. Bu isə o deməkdir ki, 2012-ci il həmsədrlər münaqişəni həll etməyə deyil, idarə etməyə ümid edəcəklər".
Bu gün Soçidə Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin görüşünə müansibət bildirən ekspert: "Heç bir tərəf görünür, ötən ilin iyun ayında Kazanda təxirə salınan razılaşma layihəsinə dair mövqeyini dəyişməyə hazır deyil",- deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB