Bu gün hava buludlu əsasən yağmursuz keçəcək

Bu gün hava buludlu əsasən yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu, əsasən yağmursuz keçəcək. Temperatur gecə 0 dərəcə, gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz olacaq. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.



Bütün xəbərlər Facebook səhifəmizdə