Bu gün Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Soçi görüşü keçiriləcək

Bu gün Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Soçi görüşü keçiriləcək

Bu gün Soçidə Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçiriləcək. SİA-nın xəbərinə görə, üçtərəfli formatda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında sülh yolu ilə həll oluna biləcək yeganə münaqişə olduğunu deyib..

Xatırladaq ki, 2008-ci ildən Rusiyanın iştirakı ilə münaqişənin nizamlanmasına dair 9 görüş keçirilib. Sonuncu belə görüş 2011-ci il iyunun 24-də Kazanda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə