20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü Siyəzəndəki şəhidlər xiyabanında ədəbi-bədii kompozisiya ilə qeyd olunub. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və ictimaiyyət nümayəndələrinin də qatıldığı mərasim Siyəzən şəhidlər xiyabanında keçirilib.
Şəhidlər xiyabanını ziyarət edənlər əbədi qəbirlərin üzərinə qərənfillər düzüblər. Həmçinin faciənin əbədiliyini əks etdirən serlər, mahnılar, musiqi nömrələri isə məktəblilərin və aktyorların ifasında nümayiş olunub.
Qeyd edək ki, təqdim edilən kompozisiyada belə bir fikir ifadə olunub ki, xalqın qan yaddaşı olan 20 yanvar faciəsi qurbanlarının qanı yerdə qalmayacaq.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB