QHT rəhbəri: “Hər bir dövlət öz maraqları naminə Azərbaycandan nə isə əldə etməyə çalışır”

QHT rəhbəri: “Hər bir dövlət öz maraqları naminə Azərbaycandan nə isə əldə etməyə çalışır”

\"Ermənistan kimi kiçik bir dövlətin Azərbaycanın əzəli, tarixi torpaqlarını işğal altında saxlaması reallığa söykənməyən bir məsələdir\". Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar İctimai Birliyinin (AHİB) sədri Təhmasib Novruzov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ordumuzun güclənməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib: "Azərbaycan kimi iqtisadiyyatı, nüfuzu güclü olan dövlətə I Pyotrun dövründən başlayaraq Rusiyanın özünəməxsus maraqları mövcuddur. Bununla belə ölkəmizə həmçinin Qərbi Avropa, Amerika Birləşmiş Ştatlarının (ABŞ), İranın öz maraqları var. Bu maraqların toqquşduğu yeganə məkan isə Dağlıq Qarabağdır. Hər bir dövlət öz maraqları naminə Azərbaycandan nə isə əldə etməyə çalışır".

T.Novruzov belə olan təqdirdə Azərbaycanın müharibə variantını seçib öz torpaqlarını geri qaytarmaq istəyirsə, bu heç də həmin dövlətə ucuz başa gəlməyəciyini dedi: " Lakin bu heç də o demək deyil ki, biz dayanıb gözləməliyik. Biz üzərimizə düşən bütün lazımi addımlarımızı atmalıyıq. ATƏT-in, Avropa Şurasının (AŞ), BMT-nin və s. qərarı olmasına baxmayaraq heç kəs bu məsələyə təsir göstərə bilmir. Biz sülh prosesinin baş tutması üçün nə kimi addımlar varsa, hər birindən məharətlə istifadə etməliyik. Bunun üçün başqa çıxış yolumuz yoxdur"- deyə, QHT rəhbəri sözlərinə əlavə edib


Bütün xəbərlər Facebook səhifəmizdə