Sergey Lavrov və Elmar Məmmədyarov prezidentlərinin növbəti görüşünü müzakirə etmək üçün görüşəcəklər

Sergey Lavrov və Elmar Məmmədyarov prezidentlərinin növbəti görüşünü müzakirə etmək üçün görüşəcəklər

Rusiya və Azərbaycan Xarici İşlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün görüşəcəklər. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, görüş yanvarın 19-u baş tutacaq.

O, qeyd edib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlnamsına kömək məsələsi üzrə səyləri davam etdirmək niyyətindədir: "Minsk qrupunun həmsədrləri də Soçidə prezidentlərin görüşündə iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə