Metyu Brayza Dövlət Departamentində məsul vəzifəyə təyin ediləcək
ABŞ-ın Azərbaycanda səfiri olmuş Metyu Brayza yaxın vaxtlarda Dövlət Departamentində məsul vəzifəyə təyin ediləcək. SİA-nın verdiyi xəbərə, Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordonun ofisində çalışacaq.
Mətbu orqanı sabiq səfirin yeni təyinatına ABŞ-ın Ermənistandakı keçmiş səfiri Mari Yovanoviç tam dəstək verəcəyini də bildirib. Belə ki, Mari Yovanoviç hal-hazırda ABŞ dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB