Bakı-Gəncə/Gəncə-Bakı istiqamətində aviabiletlərin qiyməti 30 manat oldu
Bakı-Gəncə/Gəncə-Bakı istiqamətində aviabiletlərin qiymətlərinə endirim tətbiq edilib. "Azərbaycan Hava Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, bu gündən Bakı-Gəncə/Gəncə-Bakı marşrutu üzrə aviabiletləri (bir tərəfə) 30 manata almaq mümkündür.
Qeyd edək ki, bundan əvvəl sözügedən aviabiletlərin qiyməti 40 manat idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB