Bu gün əksər rayonlara qaz verilişi dayandırılacaq

Bu gün əksər rayonlara qaz verilişi dayandırılacaq

Bu gün respublikanın bir necə rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar, yanvarın 13-də saat 10:00-dan 18:00-dək Lənkəran, Şəmkir, "Lək", "Zərdab", "Köçəsgər" Qazpaylayıcı Stansiyalarında, həmçinin "Dağkəsəmən", "Çinarlı" və "Şəmkir" Avtomatik Qazpaylayıcı Stansiyasında qaz təchizatı dayandırılacaq.


Təmir işləri aparılan zaman Lənkəran şəhəri daxil olmaqla Digah və Şilavar kəndləri, həmçinin Şəmkir şəhəri daxil olmaqla rayonun Çinarlı və Dəllər qəsəbələri, Əliyaqublu, Təzəkənd, Düzqışlaq, Dəllər-Cırdağan, Dəllər-Daşbulaq, Qaranühü, Çaparlı, Məşhədi Hüseynli və Yeni həyat kəndlərinə mavi yanacağın verilişində məhdudiyyət yaranacaq. Həmçinin Zərdab şəhəri daxil olmaqla rayonun Qaravəlli, Ucar rayonunun Lək kəndlərinə, eləcə də Ağstafa rayonuna təmir işləri aparılan müddətdə təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə