Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab İnayatullah Kakarı qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ötən il Pakistan İslam Respublikasında baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirib. Səfir həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB