Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bu gün 70-dən çox ölkədə yaşayan azərbaycanlılar qeyd edir

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bu gün 70-dən çox ölkədə yaşayan azərbaycanlılar qeyd edir

31 dekabr dünya Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. Statistik məlumatlara görə, hazırda 9 milyondan çox azərbaycanlı Azərbaycan Respublikasında və bir necə milyondan artıq azərbaycanlı ölkənin hüdudlarında yaşayır. SİA-nın məlumatına görə, hazırda İranda, Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Fransa, Almaniya, Baltikyanı ölkələrdə, Avropada, Şərq ölkələrində və s. azərbaycanlılar yaşayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunması ənənəsi 16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub . Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Artıq 20 ildir ki, hər il 31 dekabr Yeni il Bayramı ilə yanaşı ölkəmizdə həm də Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmaqdadır.


Bütün xəbərlər Facebook səhifəmizdə