Yeni il bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar 28-31 dekabr 2011-ci il tarixlərində paytaxtın bir çox hissələrində fəaliyyətə başlayacaq: "Məqsəd Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına artan tələbatını ödəməkdir. Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB