Millət vəkili: “ Ermənistana nə İran, nə də Rusiya yardım göstərə bilməyəcək”
Bu ilin nəticələrinə görə, Ermənistanda böyük iqtisadi çətinliklər hökm sürür. Bu dövlətin yeganə yardımçı ünvanı Rusiyadır. İşğalçı Ermənistanın iqtisadiyyatının 60 faizindən çoxu məhz Rusiya dövlətinin əlindədir. Bunu bugün SəsTV-yə açıqlamasında Millət vəkili Rüfət Quliyev bildirib.
"Bütün dünya dövləti birmənalı şəkildə bilir ki, Ermənistan torpaqlarımızın 20 fazini işğal altında saxlayır. Biz Ermənistanı dinc yolla bu münaqişənin aradan qaldırılmasına məcbur edirik. İranın belə bir məqamda Ermənistana iqtisadi yardım göstərməsi qəbul edilə bilməz", - deyə millət vəkili bildirib.
R.Quliyevin sözlərinə görə, dünyanın özündə də ikili standart mövcuddur: "Misal olaraq Liviyaya qarşı BMT qərarının qəbul olunması və ani vaxtda həmin dövlətə qarşı hərbi müdaxilə. Bu yolla NATO dövlətləri BMT mandatına uyğun olaraq istənilən ölkədə hərbi əməliyyat apara bildiyini sübut etdi. Lakin BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq Azərbaycanın torpaqları qaytarılmır. Hazırda Ermənistana nə İran, nə də Rusiya yardım göstərə bilməyəcək. Belə ki, bu dəqiqə işğalçı dövlətdə demoqrafik vəziyyət çox pisdir, insanların ölkəni tərk edərək uzaq ölkələrə üz tutur. İkinci bir halda isə orada yaşayanların 99 faizi erməni millətidir, çünki başqa xalqların nümayəndələri orada yaşamaq istəmir. Belə olan halda da onların gələcəyindən söhbət belə gedə bilməz", - deyə millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB