Mahmud Əhmədinejad sabah "qardaş" Ermənistana səfər edəcək

Mahmud Əhmədinejad sabah "qardaş" Ermənistana səfər edəcək

İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana rəsmi səfər edəcək.

İRNA-nın yaydığı məlumata görə, bunu Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilir.

Diplomat xatırladıb ki, səfər əslində bir neçə ay əvvəl gerçəkləşməli idi. Lakin imzalanacaq sənədlər hazır olmadığından təxirə salınmışdı. Q. Arakelyan səfərin ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə