Azərbaycan prezidenti İlham Əliyev Kim Çen İrin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Nama başsağlığı məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir: "Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Çen İrin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, K. Ç. İr dekabrın 17-də 69 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB