Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Əhməd Davudoğlu ilə Elmar Məmmədyarov arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışı zamanı E.Məmmədyarov türk həmkarına Minsk qrupunun toplantısı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar haqqında məlumat verib. Nazirlər qarşılıqlı fikir mübadiləsi ediblər. Onlar Azərbaycan-Türkiyə-İran arasında planlaşdırılan görüşünün gələn ilin yanvarında keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə Elmar Məmmədyarov və Əhməd Davutoğlu Fransa Senatının qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB