Milli Məclis bir sıra dövlətlərarası sənədləri təsdiqləyib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, gündəliyə daxil edilmiş dövlətlərarası sənədlər "Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında", "Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında sərmayələrin təşviq və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" Sazişin layihəsi müzakirəyə çıxarılaraq təsdiq olunub.

Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə