Atəşkəs yenidən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 12-də saat 15.55-dən 16.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.35-dən 11.50-dək və dekabrın 13-də saat 01.40-dan 01.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərimiz, saat 05.00-dan 05.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə