Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
B.Xəlilov bildirib ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda komissiyanın qarşısında 2015-ci ilə qədər dövlət qulluğu ilə bağlı qanunvericiliyin məcəllələşdirilməsi barədə vəzifə qoyulub. Komissiya artıq işə başlayıb və hazırda bununla bağlı işçi qrupu yaradılır. Bu qrupa hüquqşünaslar və beynəlxalq ekspertlər cəlb olunacaqlar.
Məcəllə hazırlanarsa, onun yerlərdəki dövlət orqanlarında tətbiqi daha asan olar, - deyən sədr vurğulayıb ki, məcəllələşmə aparılanda dövlət qulluğu ilə bağlı bir sıra qanunların təkmilləşdirilməsinə də böyük önəm veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB