Əli Abbasov: “İranın radio və televiziya kanallarından Azərbaycan ərazisinə kənar daxilolmalar var”

Əli Abbasov: “İranın radio və televiziya kanallarından Azərbaycan ərazisinə kənar daxilolmalar var”
Bu gün İran ərazisindən Azərbaycanın kiçik ərazilərinə müxtəlif vaxtlarda radio və televiziya kanallarından daxilolmalar var. Bununla bağlı hər iki tərəf texniki razılıq tədbirləri görür". SİA-nın verdiyi məlumata görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, İran ərazisində də Azərbaycan televiziyalarının yayımı var: "Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İranda olub. Texniki ekspertlər tərəfindən yeni bir sərhəd boyu tənzimləmə protokolunun hazırlanması üzərində işlər görülür. Texniki məsələlərlə bağlı dəfələrlə protokollar imzalanıb. İran tərəfi çalışır ki, bunların qarşısını alsın. Amma bəzi hallarda protokoldan kənar daxilolmalara rast gəlirik. Ona görə də yeni protokolların imzalanmasına ehtiyac var. Bununla bağlı ildə bir dəfə monitorinq aparılır və təkliflər Milli Teleradio və Yayım Şurasına göndərilir". Nazir bildirib ki, Ermənistan kanallarının da ölkə ərazisinə daxilolmaları müşahidə olunur. İki ölkə müharibə şəraitində olduğu üçün Ermənistanla daha güclü texniki mübarizə aparılır. Amma Azərbaycan kanalları da İrəvanda izlənilir\".

Bütün xəbərlər Facebook səhifəmizdə