Sabah rabitə və informasiya texnologiyaları sahəsi işçiləri öz peşə bayramlarını qeyd edəcəklər. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsi işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, ilk telefon xətti Bakıda 1881-ci il dekabrın 6-da "Nobel qardaşları" cəmiyyəti tərəfindən çəkilib. Həmin gündən 130 il ötüb və bu il Azərbaycan rabitəsi növbəti yubileyini qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB