Məlahət İbrahimqızı: “Ermənistan yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır”

Məlahət İbrahimqızı: “Ermənistan yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır”

"Artıq dünya ictimaiyyətini erməni yalanlarına inandırmaq çətin məsələdir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində Azərbaycanın siyasəti müsbət nəticələrini verməkdədir.

Millət vəkili bildirb ki, bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqda sənədlər qəbul edib və həmin sənədlərdə Azərbaycan torpaqlarının işğal olunması faktı əksini tapıb: "Əlbəttə ki, bu sənədlərin böyük əhəmiyyəti var. Danışıqlar prosesində biz bu sənədlərə istinad edirik və mövqeyimiz beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ermənistan tərəfinin isə istinad edə biləcəyi heç bir beynəlxalq sənəd yoxdur. Ona görə də, işğalçı dövlət yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə