BQXK nümayəndələri erməni əsirlərə baş çəkiblər

BQXK nümayəndələri erməni əsirlərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları noyabrın 22-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova SİA-ya açıqlamasında bildirib ki, hərbi əsirlər ailələrinə məktub göndəriblər.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə