Rəcəb Tayyib Ərdoğan: “Vana 52 milyon 392 min manatlıq yardım göndərilib”
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Vanda baş verən 7,2 ballıq zəlzələdən sonra göndərilən yardımın həcmini açıqlayıb. SİA-nın məlumatına görə, Baş nazir bildirib ki, Van və Ərçişdəki axtarış-xilasetmə işləri artıq qurtarıb.
"601 vətəndaşımız həyatını itirdi, 4 mindən çox vətəndaşımız yaralandı, 180 vətəndaşımız isə dağıntılar altından sağ olaraq çıxarıldı. Bölgəyə bu gündən etibarən 44164 və 2310 mövlana evi quruldu. Baş nazirlik qaynaqlarından bölgəyə 5 milyon 772 min manat (13 milyon TL) göndərilib. Bu da Səudiyyə Ərəbistanı kralının göndərdiyi 50 milyon dollarla birlikdə 52 milyon 392 min manat (118 milyon TL) edir. Van və Ərçişdəki zəlzələlərdən sonra Türkiyənin birliyi bütün dünyaya örnək oldu", – Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB