“Günəşli” yatağında bədbəxt hadisə 2 neftçinin ölümümnə səbəb oldu
"Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunan "Günəşli" yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı bədbəxt hadisə baş verib. ARDNŞ-ın mətbuat xidmətindən verilən xəbərə görə, oktyabrın 29-da baş verən hadisə zamanı NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişib. Əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur.
İlkin araşdırmalar göstərir ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən N. Gözəlov və F. Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər. Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb. Hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB