Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstraliyanın iqamətgahı Ankara şəhəri olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş Səfiri İan Biqsi qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfir ilk öncə Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş və Azərbaycana uğurlar arzulayıb.
Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası və ölkəmizin müxtəlif regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı barədə Avstraliya Səfirinə məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə danışan Nazir Elmar Məmmədyarov, münaqişənin həllində beynəlxalq ictimaiyyət tərəfindən yaranmış status-kvonun saxlanılmasının qəbul olunmaz olduğunu qeyd edib və münaqişənin nizamlanması üçün Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.
Səfir İan Biqs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmiş və münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulayıb. Tərəflər iki ölkə arasında hüquq – müqavilə bazasının genişləndirilməsi və habelə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB